Eylat

Şəhər
Eylat
ivr.אילת‏‏‎
Gerb
Gerb
29°33′ şm. e. 34°57′ ş. u.
Ölkə  İsrail
Dairə [[Cənub dairəsi]]
Mer Meir İshaq Halevi
Tarixi və coğrafiyası
Əsası qoyulub E.ə. 7000 il
Yaşayış məntəqəsi statuslu 1959
Sahəsi 84.789 km²
Mərkəzin hündürlüyü 16 m
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 50 072 nəfər (2016)
Milli tərkibi yəhudilər: 83%
Rəqəmsal identifikatorlar
Telefon kodu +972 8
Digər
eilat.muni.il  (ivr.)
Xəritəni göstər/gizlə
Eylat xəritədə
Eylat
Eylat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eylat (ivr.אילת‏‎) — İsrailin ucqar cənub hissəsində yerləşən şəhər. Aqaba körfəzininQırmızı dənizin şimal sahillərində yerləşən məşhur liman və turizm şəhəridir. Eylat şəhərinin çimərlikləri, mərcan rifləri və səhra landşaftı onu yerli və beynəlxalq turizm üçün daha da cəlbedici hala gətirir.

İsrail hökuməti 1955-ci ildən etibarən şəhərin əhalisinin sayını artırmaq və infrastrukturu inkişaf etdirmək məqsədilə Mərakeşdən ölkəyə gəlmiş yəhudi ailələrini burada yerləşdirmişdir. Hal-hazırda şəhər əhalisi 50,072 nəfər təşkil edir. Neqev səhrasında yerləşən Eylat şəhəri Aravanın cənub hissəsini əhatə edir. Şəhər cənubdan Misirin Taba şəhəri, şərqdən İordaniyanın liman şəhəri olan Aqaba, cənub-şərqdən isə körfəz vasitəsilə Səudiyyə Ərəbistanı ilə əhatə olunmuşdur.

Eylat şəhərində quru səhra və zəif rütubətli iqlim şəraiti hökm sürür. Temperatur yayda tez-tez 40 °C-ni keçsə də, qışda təqribən 21 °C olur. Su temperaturu isə 20–26 °C arasında dəyişir. Ortalama olaraq ilin 360 günü günəşli hava olur.[1]

  1. Discovering the World of the Bible, LaMar C. Berrett, (Cedar Fort 1996), page 204

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne